TOP 10

Bütün futbolçular koronavirus testindən keçəcək - hər oyundan əvvəl

Dünya Futbolu
Tarix: 2020-08-11 19:31

Braziliya çempionatında iştirak edən klubların bütün futbolçuları oyunlardan əvvəl koronavirus testindən keçəcək. Sport24.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Klublar hər turdan əvvəl oyunun başlamasına 72 saat qalmış futbolçularını koronavirus testindən keçirməlidirlər. Ev sahibi komandalar test nəticələrini matçların başlamasına 24 saat qalmış, səfər komandaları isə 12 saat qalmış turnirin təşkilatçılarına göndərməlidirlər.


Braziliya A Seriyasında yeni mövsüm avqustun 9-dan başlayıb.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB