TOP 10

UEFA "Qarabağ"ın oyununun gününü və başlanma saatını təsdiqlədi - "Neftçi", "Keşlə" və "Sumqayıt" cavab gözləyir

Futbol
Tarix: 2020-08-11 10:47

Gələn həftə Çempionlar Liqasının yeni mövsümü başlayacaq və bu yarışda Azərbaycan çempionu "Qarabağ" da iştirak edəcək. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sport24.az-a bildirib ki, UEFA "köhlən atlar"ın Makedoniyanın "Sileks"  klubuyla ilk mərhələ görüşünün keçirilmə günü və başlanma vaxtını artıq təsdiqləyib.

 

Matç avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.

 

Avqustun 27-də Avropa Liqasının birinci mərhələsinin oyunları baş tutacaq ki, burada 3 Azərbaycan klubu da iştirak edəcək. Sport24.az "Neftçi", "Keşlə" və "Sumqayıt"ın mətbuat xidmətlərinin rəhbərlərinə ev matçlarının başlaması ilə bağlı sualı ünvanlayıb. 
 

"Neftçi nin mətbuat xidmətindən bildirilib ki, Makedoniyanın "Şkupi" klubuyla görüş saat 20:00-da başlayacaq. Diqqəti çəkən məqam odur ki, "Sumqayıt" Makedoniyanın digər təmsilçisi - "Şkendiya" klubuyla saat 20:00-da oynamaq niyyətindədi. "Keşlə"nin Albaniyanın "Laçi" klubuyla qarşılaşmasına gəlincə, paytaxt klubu başlanma saatının saat 21:00-da olmasını planlaşdırır. 

 

Qeyd edək ki, UEFA Avropa Liqasında iştirak edən Azərbaycan klublarının oyunlarının keçirilmə tarixini və başlanma saatını hələ təsdiqləməyib.
 

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB