TOP 10

Azərbaycan - Lüksemburq matçı başqa ölkədə keçirilə bilər: "Pulu geri ala bilməyəcəmiz üçün hələ ki çarter reysi sifariş etmək istəmirik"

Futbol
Tarix: 2020-08-11 09:20

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburqla ev matçı neytral meydanda keçirilə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Wort.lu" saytı iddia irəli sürüb.

 

UEFA 15-20 avqustda videokonfrans formatındakı iclasında Millətlər Liqası ilə bağlı yekun qərarını açıqlayacaq. Nəşrin yazdığına görə, qarşılaşmanın başqa ölkədə keçirilmə ehtimalı var. Buna səbəb Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlərin olması göstərilib.

 

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Paul Filipp bəyan edib ki, bu məsələ müzakirə edilməlidir. 69 yaşlı funksioner pulu geri ala bilməyəcəkləri üçün hələ ki, çarter reysi sifariş etmək istəmədiklərini deyib. Filipp UEFA-nın milli assosiasiyalarla təmasda olduğunu xatırladıb: "Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib". 

 

Qeyd edək ki, Canni de Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirməlidir. 

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB