TOP 10

“Sabah” “Qəbələ”yə də qalib gəldi

Futbol
Tarix: 2020-08-10 20:51

Bu gün "Sabah"la "Qəbələ" arasında yoxlama matçı keçirilib. Sport24.az xəbər verir ki, komandalar "Bank Respublika Arena"da saat 19:00-da görüşüb. 

Qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

 

Qeyd edək ki, "Sabah" Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"ı (2:1), "Sumqayıt"ı (1:0), "Neftçi"ni (5:2) məğlub etmişdi. "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlmişdi. Elmar Baxşıyevin komandası Qəbələni ən son tərk edən Premyer Liqa təmsilçimiz olaraq ordakı hazırlığını ötən həftəsonu başa vurub. Əyalət təmsilçisi bundan sonra bir müddət məşqlərini paytaxtda edərək burda da sınaq matçlarına çıxacaq. 

 

Yoxlama matçı 
10 avqust
 

"Sabah" - "Qəbələ" - 2:0
QOL: Abbas Ağazadə, 41. Məhəmməd Mirzəbəyov, 66.
Masazır. "Bank Respublika Arena" stadionu

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB