TOP 10

5 qat Azərbaycan çempionunun Türkiyədə yeni klubu müəyyənləşdi - 1 ilinə 600 min avro qazanacaq

Futbol
Tarix: 2020-08-09 23:56

Türkiyə Super Liqası təmsiçisi "Konyaspor" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qatır. Sport24.az Trükiyə mətbuatına istinadən xəbər verir ki, Konya təmsilçis Bosniya və Herseqovina millisinin üzvüylı artıq anlaşıb.

 

Şehiç əyalət təmsilçisiylə 2 illik müqaviləni razılaşdırıb. "Konyaspor" 32 yaşlı qolkiperə illik 600 min avro ödəyəcək. Bu komandanın baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülənt Korkmazdı.

 

Qeyd edək ki, İbrahim son olaraq "Ərzurumspor"un formasını geyinib. Şehiç bu komandaya 2 il əvvəl "Qarabağ"dan keçib. O, 2013-18-ci illərdə Ağdam klubunun formasını geyinərək, hər 5 mövsümdə çempion olub. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB