TOP 10

Açıq havada idman yarışları və oyunlarına icazə verildi

Futbol
Tarix: 2020-08-10 00:00

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib. Sport24.az xəbər verir ki, icazə idman mallarının istehsalına da aid edilib.

 

Məhdudiyyətin aradan götürülməsiylə klubarın məşq etməyə. yoxlama oyunları keçirməyə imkanları olacaq. Artıq bu gün ilk belə matç Sumqayıtda eyniadlı yerli komandayla "Səbail" arasında olacaq.

 

Avrokubokların da ölkəmizdə keçirilməsinə artıq heç bir maneı qalmayıb. "Qarabağ" Çempionlar Liqaslnda ilk təsnifat mərhələsində meydan sahibi olacaq və növbəti həftə Makedoniyanın "Sileks" klubunu Tofq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. . 

 

Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) 2020/21 mövsümünün startı ilə bağlı avqustun 12-də AFFA-nın inzibati binasında püşkatma mərasimi keçiriləcək. ynei çempionat avqustun 21-də başlayacaq. 

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB