TOP 10

Muarem Muarem "Qarabağ"ın güclü tərəflərini və "Sileks"in bəxti gətirmədiyini açıqladı: "Qurban Qurbanov bu çatışmazlığı necə aradan qaldıracağını yaxşı bilir"

Futbol
Tarix: 2020-08-09 23:32

"Qarabağ"ın sabiq legioneri Muarem Muarem Ağdam klubunun ÇL-nin I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubuna rəqib olmasını şərh edib. Sport24.az xəbər verir ki, "Rabotniçki"nin makedoniyalı yarımmüdafiəçisi keşmiş komandasını aşkar favorit hesab edir: "Püşk "Sileks" üçün uğurlu alınmadı, xüsusilə də matç Azərbaycanda keçirilsə."Qarabağ" bu ölkənin ən yaxşı, ən böyük klubudur. Orada oynadığım üçün imkanların necə olduğunu bilirəm. Uğurlarda baş məşqçi Qurban Qurbanovun xüsusi təsiri var. 10 ildən çoxdur ki, komandanı çalışdırır. Təbii ki, bu qədər müddət komandanı çalışdırmaq hər şeyi deyir.

 

Muarem hesab edir ki, Qurbanov 4-3-3 taktiki sxemini sevir və nadir hallarda təslim olur: ""Qarabağ" müntəzəm olaraq Avropa Liqasının qrupunda çıxış edir. Hətta bir dəfə Çempionlar Liqasının da qrup mərhələsinə yüksəliblər. Obyektiv yanaşsaq, "Qarabağ" aşkar favoritdir, amma futbolda nəsə öncədən məlum deyil. Top yumrudur və gəlin, "Sileks"in şanslarını "yox" etməyək. Sadəcə, püşk "Sileks"in üzünə gülmədi".

 

Təcrübəli futbolçunun fikrincə, ispaniyalı vinger Xayme Romero ilə yanaşı, gənc hücumçu Mahir Emreliyə xüsusi diqqət yetirmək lazımdı: "Sabiq klubium "Kopenhagen"dən serbiyalı yarımmüdafiəçi Uroş Matiç, "Şaviş"dən isə kolumbiyalı müdafiəçi Kevin Medinanı transfer edib. O, çox təhlükəli futbolçudu. "Qarabağ" koronavirusa görə uzun müddət məşq edə bilmədi. Kifayət qədər yoldaşlıq oyunu keçirə bilməsələr də, Qurban Qurbanov bu çatışmazlığı necə aradan qaldıracağını yaxşı bilir. 3-4 ildir "Qarabağ"da olmasam da, klubda əlaqə saxladığım insanlar və bir vaxtlar birgə oynadığım futbolçu dostlarım var. "Qarabağ" əla klubdur və bunu təkrar edəcəyəm ki, "Sileks"in püşkdə bəxti gətirmədi".

 

31 yaşlı yarımmüdafiəçi 2012-2015-ci və 2016-2017-ci illərdə "Qarabağ"da oynayıb.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB