TOP 10

"Sileks"in rəsmisi "Qarabağ"ı təəccübləndirmək istədiklərini bəyan etdi: "Kişi kimi oynayacağıq, sürpriz etməyə çalışacağıq"

Futbol
Tarix: 2020-08-09 18:07

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun direktoru Draqan İvanov püşkü dəyərləndirib. Sport24.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu təəccübləndirmək istədiklərini deyib: "Kim düşsəydi, bizə qarşı favorit olacaqdı. Bu, bir reallıqdı. "Qarabağ"ı təəccübləndirmək istəyirik, buna nail olmağa çalışacağıq. Səfərdə oynayacağıq, amma kimsə nəsə edə biləcəyimizə dair ümidimizi ala bilməz. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Kişi kimi oynayacağıq və bu oyunda Makedoniyanı qürurla təmsil edib, sürpriz etməyə çalışacağıq. Ancaq bu gün çempionatda keçirəcəyimiz "Belasitsa" ilə matç ön plandadır, daha sonra "Qarabağ"ı düşünəcəyik".

 

Xatırladaq ki, Şimali Makedoniyada yeni çempionat bu gün başlayır və "Sileks" Bakı vaxtilə saat 19:30-da başlayacaq ilk turda "Belasitsa"nın qonağı olacaq. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB