TOP 10

"Qarabağ"ın rəqibinin Avropada "qara statistika"sı - millimizin sabiq baş məşqçisi də onu çalışdırıb

Futbol
Tarix: 2020-08-09 17:00

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində rəqibi olan "Sileks" avrokuboklarda "qara statistika"ya malikdi. Sport24.az xəbər verir ki, Kratova təmsilçisi indiyədək yalnız bir dəfə avrokuboklarda mərhələ adlayıb.

 

Bu da Avropada debütündə 0 1995/96 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində Macarıstan təmsilçisi "Vats"la görüşdə reallaşıb. Doğma meydanda rəqibini 3:1 hesabı ilə üstələyən "Sileks" səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Bundan sonra müxtəlif turnirlərdə, o cümlədən ÇL-də çıxış edən "Sileks" ümumilikdə görüşdüyü 8 rəqibin keç birini keçə bilməyib. Hətta sonuncu dəfə 2016/17 mövsümündə Avropa Liqasında Lixtenşteynin "Vaduts" klubuyla görüşərək ona hər 2 matçda yenilib - evdə 1:2, səfərdə 1:3. "Sileks" avrokuboklarda indiyədək 18 oyun keçirərək 4-də qələbə qazanıb, 3 heç-heçə və 11 məğlubiyyətlə meydanı tərk edib.

 

"Qarabağ" 1965-cı ildə yaranan bu klubla ilk dəfə görüşəcək. Kratova təmsilçisi ev oyunlarını 1800 azarkeş tutumuna malik "City Stadium Sileks" arenasında keçirir. Komandanın baş məşqçisi 2019-cu ildən ona rəhbərlik edən 45 yaşlı serbiyalı mütəxəssis, keçmiş qapıçı Qoran Simovdu. Klubun prezidenti isə Mite Andonovskidir. "Sileks"in heyətində "Səbail"in sabiq qapıçısı Daniel Bojinovski də var. O, Bakı klubuna 2019-cu ilin yayında keçsə də, cəmi iki ay çıxış edəndən sonra - avqustda onunla müqvailəsini pozaraq Vətəninə dönüb. 

 

"Sileks"in baş məşqçiləri arasında "Bakı"yla Azərbaycan çempionu olan, millimizi də qısa müddət çalışdırmış makedoniyalı Qyoko Hacıyevski var. "Neftçi"ylə 3 dəfə Azərbaycan çempionu olmuş makedoniyalı müdafiəçi İqor Mitrevski "Sileks"in tarixində ən məşhur futbolçulardan olub. 

 

"Qarabağ"ın rəqibi Makedoniya çempionatı yaranandan 2013-cü ilə kimi əsas liqada oynayıb. Daha sonra aşağı liqaya düşən komanda bir il sonra yenidən çempionata vəsiqə əldə edib. "Sileks" 1995/96, 1996/97 və 1997/98 mövsümlərində ölkə çempionu olub. Komanda 6 dəfə gümüş medal əldə edib. 1993/1994 və 1996/1997 mövsümündə ölkə Lubokunu qazanan Kratova təmsilçisi 1988/89 və 1989/90 mövsümündə Respublika Kubokuna yiyələnib.

 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB