TOP 10

Azərbaycana düşərli makedonlar - ən çox "Qarabağ"la "paylarını alıb", "Neftçi" isə "Sileks"ə...

Futbol
Tarix: 2020-08-09 15:18

Azərbaycanla Şimali Makedoniya indiyədək avrokuboklarda 5 dəfə rəqib olub. Sport24.az xəbər verir ki, bu duellər adətən bizim üçün uğurlu nəticələnib. Belə ki, Azərbaycan klubu əksər halda bu ölkənin təmsilçisini keçib.

 

Maraqlıdı ki, makedonlarla ən çox rəsmi görüşlərimiz elə "Qarabağ"la olub. Qurban Qurbanovun komandası 2010 və 2013-cü illərdə Avropa Liqasının təsnifat mərhələsində eyni rəqiblə - Skopye "Metallurq"uyla görüşərək məğlubiyyətsiz mərhələ keçib - evdə 4:1, səfərdə 1:1, evdə və səfərdə 1:0. 

 

Makedonlarla ilk qarşılaşmamız isə "İnter"lə (hazırkı "Keşlə"ylə) olub və bu, klubun tarixinə düşüb. Çünki Bakı təmsilçisi avrokuboklarda məhz "Rabotniçki"ylə debüt edərək Çempionlar Liqasında (ÇL) onu səfər qoluyla keçib - evdə 0:0, səfərdə 1:1.

 

Bu ölkənin təmsilçisiylə ilk və son rəsmi görüşümüz uğursuz alınıb. Belə ki, "Kəpəz" 1999-cu ildə ÇL-də "Sloqa Yuqomaqnat"a səfər qoluyla uduzub - səfərdə 0:1, evdə 2:1. 2016-cı ildə isə "Neftçi" Avropa Liqasında "Şkendiya"yla bacarmayıb - evdə 0:0, səfərdə 0:1.

 

Maraqlıdı ki, "Neftçi"yə "Qarabağ"la bu dəfə düşən "Sileks"lə oynamaq nəsib olub və onda da uduzub. Bu, 2018-ci ilin yanvarın 30-da Antalya toplanışında 0:3 hesablı məğlubiyətlə yekunlaşan yoxlama matçıdı.

 

Xatırladaq ki, "Qarabağ"la "Sileks" ÇL-in I təsnifat mərhələsində rəqib olublar. Duelin qalibi bir oyunla müəyyənləşəcək və bu, Bakıda keçiriləcək. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB