TOP 10

"Qarabağ" Belarusa getməyəcək - "Dinamo"ya rəqib olsa...

Futbol
Tarix: 2020-08-09 11:47

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib. Sport24.az xəbər verir ki, Ağdam klubu "Dinamo" (Brest, Belarus), "Sileks" (Şimali Makedoniya), "Riqa" (Latviya) və ya "Tirana"ya (Albaniya) rəqib olacaq.
 

Taleyi bir görüşdə həll olunacaq mərhələdə ev sahibi komandanı püşk müəyyənləşdirəcək. Ancaq əldə etdiyimiz məlumata görə, "Qarabağ" "Dinamo" ilə rəqib olsa, Belarusa səfər etməyəcək. Məsələ burasındadı ki, Belarusdan UEFA-ya göndərilən məktubda Azərbaycandan səfərlərə icazə verilməyəcəyi qeyd edilib. "Qarabağ" isə Ermənistan xaric bütün ölkələrin klublarını qəbul etməyə hazır olduğunu bildirib. Bu isə o deməkdi ki, püşk bu iki ölkənin çempionunu bir-birinə rəqib etsə, böyük ehtimalla "Qarabağ" avtomatik ev sahibi olacaq. Digər bir variant isə qarşılaşmanın 3-cü ölkədə - neytral meydanda keçirilməsidi.
 

"Qarabağ" potensial rəqiblərdən digər hansı biri iləsə düşsə, ev sahibi püşklə müəyyən ediləcək.
 

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma bu gün Bakı vaxtı ilə 14:00-da başlayacaq (Futbolpress.az).

 

 

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB