TOP 10

Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi

Dünya Futbolu
Tarix: 2020-08-09 01:12

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Sport24.az xəbər verir ki, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.
 

Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" və "Joze Alvelade" stadionlarında baş tutacaq.


Qeyd edək ki, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.


UEFA Çempionlar Liqası
1/4 final


12 avqust
Atalanta (İtaliya) - PSJ (Fransa)


13 avqust
Leyptsiq (Almaniya) - Atletiko (İspaniya)


14 avqust
Barselona (İspaniya) - Bavariya (Almaniya)


15 avqust
Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB