TOP 10

"Qarabağ"ın potensial rəqibləri 4-ə endi - onlardan biri Darionun yeni klubudu

Futbol
Tarix: 2020-08-09 00:40

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq.

 

Bu rəqiblər nisbətən aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən seçiləcək. Ağdam klubu isə daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində 4-cü qrupda olacaq. Bu qrupda "Astana" (Qazaxıstan), "Makkabi" (Təl-Əviv, İsrail) və "Dinamo" (Tbilisi, Gürcüstan) da qərarlaşıb. 

 

Onu da bildirək ki, "Riqa"da "Neftçi"dən bu kluba keçən braziliyalı sabiq yarımmüdafiəçisi Dario Federiko çıxış edir.

 

Qeyd edək ki, avqustun 9-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.  

 

  •  
football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB