TOP 10

“Fənərbaxça”dan ayrıldı, “Başakşəhər”lə müqavilə imzaladı

Dünya Futbolu
Tarix: 2020-08-09 10:02

“Fənərbaxça” sol cinah müdafiəçisi Hasan Ali Kaldırımla yollarını ayırıb. Sport24.az xəbər verir ki, həm İstanbul klubu, həm də 30 yaşlı futbolçu öz sosial şəbəkə hesablarında vida mesajı yayımlayıb.
 

2012-ci ildən “Fənərbaxça”da çıxış edən Hasan Ali Kaldırım bu müddətdə 246 rəsmi oyuna çıxıb.


Türkiyə millisinin də üzvü olan futbolçunun artıq yeni klubu da bəllidi. Təcrübəli müdafiəçi son çempion “Başakşəhər”ə transfer olub. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. Kaldırım “Fənərbaxça”da olduğu kimi, “Başakşəhər”də də 3 nömrəli formanı geyinəcək.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB