TOP 10

Benzema 4-cü oldu

Dünya Futbolu
Tarix: 2020-08-08 19:22

“Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, “kral klubu”nun yeganə qolunu Kərim Benzema vurub.

 

Bununla da, fransalı futbolçu, turnir tarixində vurduğu qolların sayını 65-ə çatdırıb. Bu göstərici ilə o, Çempionlar Liqasında ən çox qol vuran futbolçuların siyahısında Robert Levandovskini geridə qoyaraq, 4-cü olub.


Çempionlar Liqasında ən çox qol vuran futbolçuların siyahısında ilk 3-lükdə Kriştiano Ronaldo, Lionel Messi və Raul qərarlaşıb.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB