TOP 10

Qurbanov koronavirusdan ölüb

Digər
Tarix: 2020-08-08 15:00

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanovun ölümünün səbəbi açıqlanıb. Sport24.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi "Facebook” hesabında məlumat yerləşdirilib. 

 

Bildirilir ki, Qurbanov koronavirusdan dünyasını dəyişib.  O, eyni zamanda Akademiyanın "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri olub.

 

Qeyd edək ki, 70 yaşında vəfat edən Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB