TOP 10

“Çelsi”də Kante sevinci

Dünya Futbolu
Tarix: 2020-08-08 14:44

İngiltərənin “Çelsi” klubunun futbolçusu Nqolo Kante zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard məlumat verib.


Kante UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Bavariya” ilə oyunda iştirak edə biləcək.


Komandanın digər zədəliləri - Kristian Pulişiç, Pedro, Sesar Aspilikueta və Villian isə almanlarla oyunu buraxacaq. Pulişiçin 6, Aspilikuetanın isə 3 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir. Zədəsini sağaldan Villian isə bu oyun üçün hazır deyil.


“Bavariya” – “Çelsi” oyunu bu gün, saat 23:00-da start götürəcək. İlk oyunda Münhen klubu 3:0 hesablı qələbə qazanıb.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB