TOP 10

Azərbaycandan Roberto Bordinin sabiq klubuna

Futbol
Tarix: 2020-08-08 10:23

"Zirə"nin mövsüm bitəndən sonra yollarını ayırdığı qanalı futbolçu Riçard Qadzenin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 26 yaşlı hücumçu Moldovanln "Şerif" klubuyla müqavilə imzalayıb. O, bu ölkənin ən titullu klubunda da "Zirə"də olduğu kimi, "43 nömrə"də çıxış edəcək. 

 

Riçard "Zirə"də iki müxtəlif vaxtda çıxış edərək, onun tarixində ən sərrast oyunçularından biridi. Moldova forvardın legioner həyatı yaşayacağı 5-ci ölkə olacaq. Belə ki, Qadze bunadək Azərbaycanla yanaşı, Hindistan, Finlandiya və Rumıniya çempionatında da çıxış edib. Bəstəboy hücumçu milli komandasında 2 matçda forma geyinib, Avropa Liqasında isə hesabında 8 oyunda 2 qol var. 

 

Qeyd edək ki, "Şerif"i ilk baş məşqçisi millimizin də ilk çalışdırıcısı kimi tarixə düşən mərhum Əhməd Ələsgərov olub. Tiraspol klubuna 2016-18-ci illərdə isə Qadzenin Azərbaycanda rəqib olmuş "Neftçi"nin italiyalı çalışdırıcısı Robert Bordin rəhbərlik edib. 

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB