TOP 10

“Qəbələ”də ayrılıq

Futbol
Tarix: 2020-08-08 01:09

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb.
 

2019-cu ilin oktyabrından bu klubda çalışan mütəxəssis 2019/20 mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub.


“Qəbələ” İdman Klubu Azər Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB