TOP 10

UEFA avrokubok oyunlarının azarkeşlərlə keçirilməsini istəyir

Dünya Futbolu
Tarix: 2020-08-08 09:04

UEFA-ya 55 üzv milli assosiasiyanın baş katibləri ilə videokonfrans formatında keçirilən iclasda azarkeşlərin yenidən stadionlara qayıtma məsələsi müzakirə olunub. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumun rəsmi saytı məlumat yayıb.


Xəbərdə bildirilir ki, indiki halda fanatlarla bağlı qadağanın qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib. Amma avqustun ortalarında yenidən bu məsələyə baxılacağı və ölkələrdə pandemiya ilə bağlı vəziyyətə əsasən az sayda azarkeşin stadionlara girişinə icazə verilə biləcəyi vurğulanıb.


Milli komandaların sentyabrda keçirəcəyi oyunların da müzakirə olunduğu iclasda bəzi matçların neytral meydanlarda olacağı istisna olunmayıb.


Videokonfrans zamanı gənclərdən ibarət yığmalar arasında bu il nəzərdə tutulan turnirlərin əksəriyyətinin 2021-ci ilin yazına təxirə salınması təklif olunub.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB