TOP 10

Azərbaycanlı futbolçu karyerasını 36 yaşında bərpa etdi - kubok matçı ilə

Futbol
Tarix: 2020-08-07 20:00

Rusiya millisinin və Moskva "Spartak"ının əslə Azərbaycandan ilan futbolçusu Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib. Sport24.az xəbər verir ki, avqustda futbola qayıdan və yerli "Znamya" klubu ilə müqavilə bağlayan 36 yaşlı yarımmüdafiəçi artıq  ilk rəsmi oyununa çıxıb.

 

Belə ki, Səmədov Rusiya Kubokunun 1/256 final mərhələsinin "Znamya Truda" ilə matçında forma geyinib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Yenidən yaşıl meydanlara qayıtması barədə təəssüratlarını bölüşən Aleksandr çətinlik çəkməyəcəyini söyləyib: "Rusiya Kubokunda oynamaqla karyeramı bərpa etdim. Peşəkar Futbol Liqası çempionatında (III divizion) oyunlar həftədə 1 dəfə keçiriləcək. Cəmi 36 yaşım var və bu üzdən mənə çətin olmayacaq. Digər tərəfdən, həftədə 2 dəfə veteranlarla oynayıram. Ona görə də formadayam. Bütün həyatımı futbolda keçirmişəm və ondan ayrı qalmaq çətin olardı".

 

Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayevlə eyni komandada olmasının karyerasını bərpa etməsində rol oynadığını deyən Səmədov Premyer Liqa və ya Milli Futbol Liqasından təklif gələcəyi halda, bunu qəbul etməyəcəyini bildirib.

 

Qeyd edək ki,  son olaraq Rusiyanın “Krılya Sovetov” klubunda çıxış edən Səmədob 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB