TOP 10

Bundesliqada yeni mövsümün ilk turunun oyun cədvəli açıqlandı

Dünya Futbolu
Tarix: 2020-08-07 18:33

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün 1-ci turunun oyun cədvəli məlum olub. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.


İlk turun oyunlarının vaxtı və saatı hələlik məlum deyil. Bundesliqada yeni mövsümə sentyabrın 18-də start veriləcək.


İlk turun açılış matçında son çempion “Bavariya” “Şalke” ilə qarşılaşacaq. Dortmund “Borussiya”sı Münhenqladbax “Borussiyası” ilə üz-üzə gələcək.


Almaniya Bundesliqası
2020/21 mövsümü, 1-ci tur


Bavariya – Şalke
Borussiya (Dortmund) – Borussiya (Münhenqladbax)
Leyptsiq – Maynts
Volfsburq – Bayer
Ayntraxt – Arminiya
Yunion – Auqsburq
Köln – Hoffenhaym
Verder – Herta
Ştutqart – Frayburq

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB