TOP 10

“Səbail”də daha bir ayrılıq - RƏSMİ

Futbol
Tarix: 2020-08-07 17:26

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçisi Eriko da Silva ilə vidalaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2019/20 mövsümünün əvvəlində Rumıniyanın “Astra” klubundan “Səbail”ə keçən 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qolla yadda qalıb.


Xatırladaq ki, “Səbail” daha öncə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Ruslan Hacıyev və Eltun Yaqublu ilə də vidalaşmışdı.

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB