TOP 10

"Onu hələ qışda "Sumqayıt"a gətirmək istəyirdik"

Futbol
Tarix: 2020-08-07 17:00

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Qazaxıstandan transfer etməyə hazırlaşdıqları futbolçu haqda danışıb. Sport24.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Sports.kz-a açıqlamasında müdafiəçi Kərəm Sultanovu çoxdan nəzərdən keçirdiklərini diqqətə çatdırıb: "Uzun müddətdir bu oyunçunu izləyirik. Sultanovla qışda müqavilə imzalamaq  istədik, amma onda klubuyla müqaviləsi vardı. Yəqin ki, yaxın vaxtlarda - bir həftə ərzində Kərəmlə müqavilə bağlayacağıq"

 

Qeyd edək ki, Qazaxıstan Premyer Liqasında 24 oyun keçirən, U-21 yığmasının sabiq üzvü olan 24 yaşlı Sultanov hazırda yerli "Kaspi"nin futbolçusudu. 
 

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB