TOP 10

Azərbaycanın Rusiya Premyer Liqasında elçisi: "Nəhayət, arzum həyata keçdi!"

Futbol
Tarix: 2020-08-07 15:45

Rusiya Premyer Liqasında yeni mövsüm artıq sabah başlayır. Özü də açılış matçı azərbaycanlı futbolçu, yığmamızın sabiq hücumçusu Kamran Əliyevin çıxış etdiyi "Ximki"nin MOİK-lə ev qarşılaşmasıyla olacaq. Kamran karyerasında ilk dəfə Premyer Liqada debüt imkanı qazanır. Üstəlik, son günlərdə "Ximki"də baş məşqçi dəyişikliyi gündəmi zəbt edib. Belə ki, Moskvaətrafı klubu onu Premyer Liqaya, habelə ölkə Kubokunun finalına çıxaran Sergey Yuranı gözlənilmədən istefaya göndərərək Dmitri Qunkoyla əvəzlədi. Bütün bunlarla bağlı suallara cavab almaq üçün 21 yaşlı Əliyevlə əlaqə saxladıq. 

 

- Belə uzun müddət futbolsuz olmaq necə idi?

- Çox çətin idi, çünki bu, həyatımdı və uşaqlıqdan bəri hər şey futbolla əlaqəlidi. Məşqlərin və oyunların nə vaxt başlayacağını səbirsizliklə gözləyirdim.
 

- Ötən mövsüm "Ximki" üçün uğurlu oldu - I Divizionda ikinci yeri tutaraq Premyer Liqaya yollanmaqla yanaşı, Rusiya Kubokunun finalına da yüksəldi. Burada da hazırkı çempion "Zenit"ə uduzdu. Yalnız Rusiyanın deyil, qonşu ölkələrin də diqqətini çəkməyi bacaran komandanızın bu uğurunun sirri nədir?
- Uğurun sirri çox sadədi - ətrafımızdakı hər kəs bizi hesabdan sildiyi zaman komandadakı hər kəs bir-birinə və müvəffəqiyyətə inanırdı!

 

 - Kubokun finalında "Ximki" sensasiyaya yaxın idi. Mümkün olmayan kimi görünəni gerçəkləşməyə nə mane oldu? Elə bu böyük oyunla bağlı təəssüratlarını bilmək maraqlı olardı...

- Təəssüratlarım ən gözəldi. Kubokdan bir addım kənarda olduğumuz üçün hamımız çox kədərləndik, Çünki titula çox yaxın idik, vuruşduq və çalışdıq. Amma futbol belədi, "​​Zenit" qazandı və rəqibimizi təbrik edirəm.
 

- Moskvaətrafı klubda öz çıxışından razısan? Hələ də əsas komandada möhkəmlənə bilməməyinin səbəbini nədə görürsən?

- Həmişə özündən yüz faiz razı qala bilməzsən. Əks halda, bir futbolçu kimi inkişaf etməyi və böyüməyi dayandırarsan. İnkişaf hədsiz olur. 

 

- Mövsüm ərzində komandanız baş məşqçisini dəyişdi - Andrey Talalayev Sergey Yuranla əvəz olundu. Talalayev sənə daha çox güvənirdi. Bu, yalnız Sergey Nikolayeviçin etimadsızlığının nəticəsidi, yoxsa Kamran bir az geriləyib?

- Hər məşqçinin futbola, oyunçuya dair öz baxışları var. Daim məşqlərdə, matçlarda çalışıram və özümü zəif olmağa qoymuram. Qalanına məşqçilər heyəti qərar verir
 

- Komandanızın baş məşqçi postunda yenidən dəyişiklik oldu. Yeni baş məşqçi Dmitri Qunkoyla tanışsan? Yuran niyə getdi?

- Görülən işlərə görə Sergey Nikolayeviçə çox təşəkkür edirəm. Bu, futboldu, məşqçilər və oyunçular gəlirlər-gedirlər. İndi bütün düşüncələrim avqustun 8-də MOİK-lə matça bağlıdı. Çox vaxtımız yoxdu. Yeni məşqçidi, amma hər şeyin yaxşı olacağını və lazımı qaydada hazırlaşacağımızı düşünürəm
 

- Bütün peşəkar karyeran "Ximki" ilə bağlıdır. Maraqlıdır, başqa təkliflər yox idi, yoxsa yetirməsi olduğunuz hansısa kluba bağlılıq var ki, onun görə kənara çıxmaq istəmirsən? Yeri gəlmişkən, Azərbaycan klubları sənuш dəvət edib?

- Əlbəttə ki, bütün qəlbimlə "Ximki"nu sevirəm. Bu, doğma klubumdu, hansının ki strukturunda artıq 10 ildir yer almışam. Və həmişə məhz "Ximki"ylə Rusiya Premyer Liqasına çıxmaq arzum vardı və bu, gerçək oldu!
 

- Deyəsən, "Ximki" ilə müqavilən başa çatdı. Klubla əməkdaşlığı davam etdirmək fikrindəsən, yoxsa I Divizionda karyera qurmaq istəyərdin?

- "Ximki" ilə yeni müqavilə bağladım və Rusiya Premyer Liqsında yeni mövsümün ilk turunda "hərbçilər"lə görüşə komanda ilə birgə hazırlaşıram.

 

- Və yekunda Bakı haqqında soruşmaq istərdim. Vətənə sonuncu dəfə nə vaxt baş çəkmisən və təəssüratların necədir?

- Sonuncu dəfə Bakıda 3 il əvvəl yayda olmuşam. Vətənimi, xüsusən də Bakını sevirəm. Və inşallah, tezliklə Vətənimə baş çəkməyim həyata keçər.

 

 

 

CEYHUN ƏLİYEV

football24
21 Sentyabr 2020
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB