TOP 10

"Yuventus"la "Real" ÇL-də mübarizəni dayandırdı

Dünya Futbolu
Tarix: 2020-08-08 00:59

Koronavirus pandemiyasına görə martdan dayandırılan Çempionlar Liqasına (ÇL) bu gün bərpa olunub. Sport24.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün iki qarşılaşma keçirilib.


İlk matçda səfərdə Lion “Olimpik”inə minimal hesabla məğlub olan “Yuventus” bu dəfə rəqibini Turində qəbul edib. "Qoca Sinyori" portuqaliyalı bombardiri Kriştiano Ronaldonun dublu sayəsində qələbə qazansa da, səfər qoluna görə mübarizəni dayandırıb.


Günün digər matçı isə İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda Madrid “Real”ını qəbul edib. Komandalar arasında İspaniyada baş tutan görüşdə olduğu kimi, “şəhərlilər” yenə 2:1 hesablı qələbə qazanıb. Beləliklə, 1/4 finalda məhz "Mançester Siti"ylə "Lion" qarşılaşacaq. 


Çempionlar Liqasının 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.


Daha əvvəl “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya), “Atalanta” (İtaliya) və PSJ (Fransa) klubları 1/4 final mərhələsinə yüksəlib.


Çempionlar Liqası
1/8 finalın cavab oyunları

7 avqust


23:00 Yuventus (İtaliya) – Olimpik (Lion, Fransa) - 2:1 

QOLLAR: Kriştiano Ronaldo, 43-pen, 60 - Memfis Depay, 12-pen
İlk oyun – 0:1


23:00 Mançester Siti (İngiltərə) – Real (İspaniya) - 2:1

QOLLAR: Rahim Sterlinq, 9, Qabriel Jezus, 68 - Kərim Benzema, 26


İlk oyun – 2:1


8 avqust


23:00 Barselona (İspaniya) – Napoli (İtaliya)
İlk oyun – 1:1


23:00 Bavariya (Almaniya) – Çelsi (İngiltərə)
İlk oyun – 3:0

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB