TOP 10

“Fənərbaxça”dan Bundesliqa klubuna

Dünya Futbolu
Tarix: 2020-08-07 09:04

“Fənərbaxça”dan ayrılan almaniyalı hücumçu Maks Krusenin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, ölkəsinə qayıdan 32 yaşlı futbolçu “Union Berlin”ə transfer olunub.
 

Almaniyalı forvardın yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.


Kruse 2019/20 mövsümünün əvvəlindən “Fənərbaxça”da çıxış edirdi. Amma o, bir müddət öncə mövsümün başa çatmasını gözləmədən İstanbul klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. Almaniya yığmasının hücumçusu Türkiyə klubunda meydana çıxdığı 23 matçda 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB