TOP 10

Prosineçki "Kayserispor"dan ayrıldı - rəhbərliklə anlaşa bilmədi

Futbol
Tarix: 2020-08-06 19:18

“Kayserispor” baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizi çalışdırmış 51 yaşlı xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
 

Super Liqa klubunun rəhbərliyi yeni mövsümlə bağlı planlarında Prosineçki ilə eyni fikirdə olmayıb. Bu səbəbdən tərəflərin anlaşmadığı bildirilir.

 

Qeyd edək ki, Prosineçki “Kayseripor”u 19 oyuna çıxararaq 6 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyət alıb. Kayseri təmsilçisi başa çatan mövsüm 18 komanda arasında sonuncu olsa da, Super Liqa ilə bağlı verilən son qərara əsasən elitanı tərk etməyəcək.

 
football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB