TOP 10

Qəbələdə altı gündə kim necə idi - 1. 6 ballıq "Qarabağ"

Futbol
Tarix: 2020-08-06 19:00

Premyer Liqanın bütün komandaları Bakıya qayıtdı. Koronavirus pandemiyası ilə əlaqədar olaraq heç bir Azərbaycan klubu ölkə xaricinə təlim-məşq toplanışına gedə bilmədi. Bax bu da, yeganə optimal variantı - Qəbələni seçməyə məcbur etdi. Sport24.az-ın müxbiri təlim-məşq toplanışının son 6 günündə bu kurort şəhərciyində idi və burda həm avrokuboklatrn iştirakçıları, həm də yeni çempionata hazırlaşan dörd komanda haqqında məlumat topladı. İlk yazı materialı ölkə çempionu - Çempionlar Liqasında oynayacaq "Qarabağ"a həsr olunacaq.

 

"Köhlən atlar"ın iştirakı ilə 2 oyun izləyə bildik. Hər iki matçda ağdamlılar rəqiblərindən daha yaxşı görünürdü. Qurban Qurbanovun komandasının dəst-xətti dəyişməyib. Matçların harada keçirildiyini (dağların ətrafında, yaşıl meşələrlə örtülmüş) nəzərə alaraq, ölkə çempionunun oyun tərzini ətrafdakılarla müqayisə etmək istərdim; bənövşəyi axın buludları yüngül bir külək götürərək aparır; bir anda buludlar görünür və leysan yağış başlayır, bundan da hər hansı bir çətir altında gizlənmək mümkün deyil. Qəbələnin leysan yağışları ilə müqayisə etdiyimiz bu cazibədar hücumlar /əks-hücumlar zamanı "köhlən atlar" özlərini ən yaxşı formada göstərirlər. Həm "Neftçi" ilə matçda, həm də ikinci görüşdə (birincisində Ağdam komandası 3:1 qalib gəldi) - "Keşlə"yə qarşı Qurban Qurbanov həmkarları ilə "kulinariya müsabiqəsində" mütləq qalib oldu. Bu, başqa sualdı ki, kimin əlinin altında hansı "material" var. Ancaq Ağdam komandası əla görünürdü!

 

Oyunçulara gəlincə, deyə bilərik ki, Riçard Almeydanın ayrılması komandanın çıxışına təsir etməyib. Əlbəttə ki, ölkə çempionunun azarkeşləri Uroş Maticin durumuyla maraqlanır. Fikrimizcə, Matic tam performansda özünü göstərə bilməsi üçün hələ çox tər tökməli olacaq. Mövcud vəziyyətə görə deyə bilərik ki, o, təkcə funksional hazır deyil, həm də komandaya uyğunlaşmayıb. "Neftçi"ylə görüşdə meydanda olduğu müddətdə Matic Almeydanın mövqeyində - dispetçer kimi oynadı, ancaq "Keşlə"yə qarşı isə daha dərində qərarlaşaraq Qara Qarayevin mövqeyində çıxış etdi. Fikrimizcə, ikinci oyunda Uroş daha yaxşı görünürdü.

 

Futbolçu karyerasını bitirən Rəşad Sadıqovu əvəz etməli olan Kevin Medina "Keşlə"ylə matçda pis deyildi, amma hələ ki daha çox idarəolunan görünürdü, nəinki idarəedici. Bədavi Hüseynovun səsi daim eşidilirdi, hansı ki Kevinə nə etməli olduğunu söyləyirdi - "çıxırıq", "mərkəzə keç", "rəqibə yaxın".

 

Kimə baxmaq daha xoş idi? Bunlar "Qarabağ"ın iki gənc oyunçusu idi - İsmayıl İbrahimli və ötən mövsümü "Sumqayıt"da icarədə keçirən Elvin Cəfərquliyev. İsmayıldan fərqli Elvin daha az oyun vaxtı əldə etdi. Ancaq bu zaman müddəti ərzində üç dəfə oyunun kəsərini artıra bildi, bir dəfə zərbəsi tirə dəydi.

 

Medalın başqa tərəfi də var ki, bunu da qeyd etmək lazımdır. Bu təlim-məşq toplanışında "Qarabağ" dörd aydır oyun təcrübəsi olmayan Azərbaycan komandaları ilə qarşılaşdı. Şbühəsiz ki, Ağdam təmsilçisi Avropada təlim-məşq toplanışından keçsəydi, çempionatları başa çatan ölkələrin komandaları ilə qüvvəsini sınayardı. Bu səbəbdən "Qarabağ"ı göyə qaldırmağa dəyməz. Ancaq çempionun təlim-məşq toplanışı zamanı edə biləcəyi fonda, Qurban Qurbanovun komandası 5 ballıq şkalada 6 bala layiqdir!
 

 

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB