TOP 10

Qəbələdə yalnız "Qəbələ" qaldı - növbəti rəqibini müəyyənləşdirib, oyunun məkanı isə...

Futbol
Tarix: 2020-08-06 12:21

Qəbələdə təlim-məşq toplanışında olan klublarımızın daha 4-ü Bakıya qayıdıb. Sport24.az xəbər verir ki, bunlar "Qarabağ", "Keşlə", "Sumqayıt" və "Zirə"di.

 

İlk 3 komanda dünən axşam son yoxlama matçlarını keçirərək bundan sonra paytaxta üz tutublar. "Zirə" isə onlardan bir qədər tez geri dönüb. "Səbail"lə "Sabah" avqustun 4-də, "Neftçi" bundan 1 gün sonra Bakıya qayıtmışdı.

 

İndi Qəbələdə qalan yalnız yerli komandadı. "Qəbələ" hazırda da məşqə çıxaraq avqustun 8-dək doğma məkanda hazırlıq keçəcək. Bundan sonra məşqlərin harda baş tutacağı Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Paytaxtda hazırlığa icazə verilsə, "Qəbələ" də ora yollanacaq. Əks təqdirdə isə Qəbələdə qalacaq, digər klublarımız da ora dönəcək.

 

Onu da bildirək ki, "Qəbələ" növbəti yoxlama matçını avqustun 10-da "Sabah"la keçirməyi planlaşdırır. Məkan hələ bəlli deyil. Bu, veriləcək qərardan asılı olaraq ya Qəbələdə, ya da Bakıda keçiriləcək. 

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB