TOP 10

Almanlar Azərbaycan çempionunu göndərir: "Özünə yeni klub tap!"

Futbol
Tarix: 2020-08-06 11:04

"Ştutqart" keçən mövsüm "Qarabağ"a icarəyə verdiyi Aylton Silva ilə vidalaşmağa hazırlaşır. Sport24.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı sol cinah müdafiəçisinə yeni klub tapması tapşırılıb.

 

Bundesliqaya yenicə vəsiqə qazanmış komandada Ayltonun mövqeyində rəqabət yüksək olduğundan, Ağdam klubunun sabiq legionerinin oynamaq şansı aşağı qiymətləndirilir. "Ştutqart"ın transferə çıxardığı Silvayla Yunanıstanın "Aris" klubu yaxından maraqlanır. Futbolçunun almanlarla müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. 

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Neftçi"nin də formasını geyinmiş Aylton 2019/20 mövsümündə "Qarabağ"la (27 matç, 3 qol) Azərbaycan çempionu olub. 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB