TOP 10

Avropa Liqasında bütün 1/4 finalçılar bilindi - Dadaşovun komandasını "Sevilya" sınağa çəkəcək

Dünya Futbolu
Tarix: 2020-08-07 01:00

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 4 matç keçirilib.

 

Mübarizəni davam etdirənlər arasında millimizin hücumçusu Renat Dadaşovun şərəfnini qoruduğu "Vulverhempton" də olub. İngiltərə Premyer Liqa təmsilçisi "Olimpiakos" üzərindəki evdə qələbəylə mərhələ adlayıb. Digər 3 vəsiqənin sahibləri "Bayer", "Bazel" və "Sevilya" olub.

 

Bundan əvvəl "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala çıxmışdı. Bu mərhələdə "Mançester Yunayted" "Kopenhagen"lə, "İnter" "Bayer"lə, "Şaxtyor" "Bazel"lə, "Vulverhempton" "Sevilya"yla görüşəcək. Həmin "8-lər"in mübarizəsi avqustun 10-11-dən Almaniyada başlayacaq. 

 

 

 

1/8 final mərhələsi

Cavab oyunları

6 avqust

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0

QOL: Mussa Diabi, 51

İlk oyun - 3:1.

 

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - 2:0

QOL: Serxio Reguylon, 22, Yussef En Nesri, 44

İlk oyun keçirilməyib.

 

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:0 

QOL: Fabian Frey, 88

İlk oyun - 3:0

 

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:0

QOL: Raul Ximenes, 8-pen

İlk oyun - 1:1.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB