TOP 10

“Roma”da daha iki ayrılıq

Dünya Futbolu
Tarix: 2020-08-06 10:06

İtaliyanın “Roma” klubu Kris Smollinqin ardından daha iki müdafiəçisi ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Davide Zappakosta və Mert Çetinlə vidalaşıb.
 

Zappakosta icarə müddəti bitdiyi üçün komandadan gedib. O, müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb. İtaliyan sağ cinah müdafiəçisi mövsümün əvvəlindən “Roma”da çıxış edirdi.


Mert Çetin isə “Verona”ya icarəyə göndərilib. Mövsümün əvvəlində “Gənclərbirliyi”ndən transfer olunan 23 yaşlı mərkəz müdafiəçisi “canavarlar”ın heyətində mütəmadi şans qazana bilmirdi. Bu üzdən də o, A Seriyasının digər təmsilçisinə icarəyə getməyi üstün tutub. “Roma” oyunçusunu satınalma şərti ilə bir illik icarəyə verib.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB