TOP 10

Nəbiyevli “Viktoriya” “Libereç”lə bacarmadı

Dünya Futbolu
Tarix: 2020-08-06 09:35

Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi Jijkov təmsilçisi elitada mübarizə aparan “Libereç”lə qarşılaşıb.


Beş qolun qeydə alındığı matç “Viktoriya”nın məğlubiyyəti ilə başa çatıb – 1:4.


Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu qarşılaşmada forma geyinməyib.

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB