TOP 10

Azərbaycanlı futbolçuların duelində Quluzadə sevindi

Dünya Futbolu
Tarix: 2020-08-06 09:03

Futbol üzrə Moldova çempionatında 8-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Milsami” ilə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevli “Dinamo-Avto”nun dueli ilə əlamətdar olub.
 

Qarşılaşma meydan sahibi “Milsami”nin qələbəsiylə yekunlaşıb – 1:0. Quluzadəylə Nağıyev də bu görüşün iştirakçısı olub. Dmitri start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Amit isə 61-ci dəqiqədə meydana buraxılıb.


8 turdan sonra 14 xala malik “Milsami” 10 kollektiv arasında 14 xalla 4-cü, “Dinamo-Avto” isə 10 xalla 5-ci sırada qərarlaşıb.

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB