TOP 10

"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında - UEFA açıqladı

Futbol
Tarix: 2020-08-05 18:10

UEFA 2019/220 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, "Qarabağ"ın yeni transferi Uroş Matiç də siyahıda yer alıb.

 

Belə ki, erbiyalı yarımmüdafiəçi icarə əsasında Kiprin APOEL klubunda çıxış edərkən hesabına 4 məhsuldar ötürmə yazdırıb. O, Bruno Fernandeş (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

 

Qeyd edək ki, 30 yaşlı Matiç "Qarabağ"la "2+1 il" şərtiylə müqavilə imzalayıb.

 
football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB