TOP 10

Qəbələyə 1-ci getdi, 3-cü qayıtdı

Futbol
Tarix: 2020-08-05 19:03

Premyer Liqa klublarımızdan daha biri təlim-məşq toplanışında olduğu Qəbələni tərk edib. Sport24.az xəbər verir ki, bu, gümüş medalçı "Neftçi" olub.

 

Paytaxt təmsilçisi dünən Qəbələdən ayrılan "Səbail"lə "Sabah"dan fərqli bu gün paytaxta üz tutub. Komanda qısa müddətlik istirahətdən sonra yenidən bir araya gələcək. "Ağ-qaralar" bu dəfə harda təlim-məşq toplanışında olacağına hələ qərar verməyib.

 

Xatırladaq ki, "Neftçi" Qəbələyə ilk yollanan klubumuz olaraq üçhəftəlik hazırlıq prosesi keçib. Bu müddətdə 3 yoxlama oyunu keçirən Füzuli Məmmədovun komandası "Sumqayıt"a böyük hesabla qalib gəlib (3:0), "Sabah"a böyük hesabla yenilib (2:5), "Qarabağ"dan isə minimal hesablı məğlubiyyət alıb. 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB