TOP 10

"Sumqayıt"da müdafiəçilərin üzləşdiyi problem

Futbol
Tarix: 2020-08-05 17:12

Avropa Liqasına hazırlıq məqsədilə Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt"ın müdafiəsində zədə problemi yaranıb. Sport24.az xəbər verir ki, avrokubokların debütantının arxa xəttində birdən-birə iki oyunçu sıradan çıxıb.

 

Bunlar kapitan Vurğun Hüseynovla Cəmaləddin Xocaniyazovdu. Hər iki futbolçuda bud əzələsində problem əmələ gəlib. Sadəcə, bu, Vurğunda yüngül olduğundan, 4-5 günə məşqə qayıda biləcək.

 

Cəmaləddin isə daha ciddi xəsarət alaraq, son məşqi yarımçıq tərk etməli olub. Onun yaşıl meydana dönüşü Hüseynovla müqayisədə gec olacaq. İstənilən halda, hər iki təcrübəli müdafiəçi Qəbələdə başa çatan hazırlığın ilk mərhələsi çərçivəsində "Neftçi"ylə bugünkü yoxlama matçını kənardan izləyəcək. 

 

Qeyd edək ki, həm Hüseynov, həm Xocaniyazov yay fasiləsində "Sumqayıt"la yeni müqavilə imzalayıb. 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB