TOP 10

"Keşlə"nin bombardiri başa çatan Azərbaycan karyerasını özü üçün çox yaxşı təcrübə hesab edir: "Ora müsəlman ölkəsi olsa da, digərləri ilə müqayisədə daha açıqdı"

Futbol
Tarix: 2020-08-05 13:00

“Veneseyalada çıxıç edirdim, Deportivo Lara”dakı ilk aylar mənim üçün çox yaxşı idi. Smma martın sonlarına yaxın maaş problemləri olmağa başladı. Pullarımızı ödəmirdilər, rəhbərliklə problemim yarandı. Sonra Azərbaycandan təklif gəldi və mən də tərəddüd etmədən qəbul etdim". Sport24.az xəbər verir ki, bu sözləri “Keşlə”nin sabiq legioneri Lorenzo Frutos deyib.


Paraqvaylı hücumçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycandakı çıxışını müsbət qiymətləndirərək özü üçün çox yaxşı təcrübə olduğunu bəyan edib: "Ancaq Premyer Liqa tamamlanmadı, koronavirusa görə mövsüm ləğv olundu. 6 qol vurdum və komandam Avropa Liqasına vəsiqə qazandı”.

 

31 yaşlı forvard Azərbaycan dilini öyrənməyin çətinliyindən və ölkəmizin dinə bağlılığından da söz açıb: “Azərbaycan dilində danışmaq mümkünsüzdür, həqiqətən çox çətindir. Türk dilinə oxşayan, çox qarışıq yerli dildir. Əhalinin bir hissəsi rusca da danışır. Gündə 5 dəfə ibadət edən komanda yoldaşlarım var idi. Diqqətimi çəkən şey sahib olduqları dini intizam oldu. Hər yerdə ibadət edəcək komanda yoldaşlarım var idi. Əvvəl bunu başa düşmürdüm, amma sonradan dərk etdim. Azərbaycan müsəlman ölkəsi olsa da, digərləri ilə müqayisədə daha açıqdı. Çünki daha qapalı ölkələr də var”.
 

Qeyd edək ki, 2019-cu ilin ortasında "Keşlə"yə gələn Frutosla bu yay başa çatan 1 illik müqaviləsi uzadılmayıb. 

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB