TOP 10

“Qalatasaray”ın futbolçusu rəsmən Braziliya klubunda

Dünya Futbolu
Tarix: 2020-08-05 17:00

“Qalatasaray”dan ayrılan braziliyalı müdafiəçi Marianonun yeni klubunun adına rəsmən aydınlıq gəlib. Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin “Atletiko Mineyro” klubu ilə müqavilə bağlayıb.
 

Tərəflər arasındakı müqavilənin müddəti 2022-ci ilin dekabrına qədərdi. Mariano yeni komandasında 25 nömrəli formanı geyinəcək.


2017-ci ilin yayından “Qalatasaray”da forma geyinən Mariano bu yay müddəti bitən müqaviləsini yeniləməmişdi. O, İstanbul təmsilçisində 105 matçda 2 qol vurub. Təcrübəli futbolçu bu müddətdə iki dəfə Türkiyə çempionu olub, bir dəfə kubok və superkubok sevinci yaşayıb.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB