TOP 10

"Səbail"də legioner itkisi

Futbol
Tarix: 2020-08-05 11:40

"Səbail" Qəbələdə başa vurduğu təlim-məşq toplanışında legionerini itirib. Sport24.az xəbər verir ki, komandanın konqolu yarımmüdafiəçisi Lema Mabidi hazırlığın avqustun 8-də başlayacaq növbəti mərhələsinin böyük hissəsini buraxacaq.

 

Bu da Lemanın Qəbələdə son yoxlama matçında zədələnməsidi. "Keşlə"ylə həmin görüşdə start heyətində meydana çıxan afrikalı legioner 32-ci dəqiqədə xəsarət alaraq əvəzlənməli olub. Müayinə Mabidinin topuq nahiyəsində 2-ci dərəcəli burxulma olduğunu göstərib.

 

Nəticədə futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. Lemanın yeni çempionat avqsutun 21-də başlayacaqsa, ən yaxşı halda ilk tura hazır olacağı gözlənilir. 

 

Xatırladaq ki, Mabidi "Səbail"lə bu yay başa çatan müqaviləsini uzadaraq yeni 1 illik anlaşmaya imza atıb. 

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB