TOP 10

"Qarabağ" yenə "Keşlə"ni məğlub etdi - bu dəfə darmadağın

Futbol
Tarix: 2020-08-05 20:44

Avrokoboklarda təmsilçilərimiz arasında Qəbələdə növbəti yoxlama matçı bu gün keçirilib. Sport24.az xəbər verir ki, Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" Avropa Liqasında çıxış edəcək "Keşlə"ylə görüşüb.

 

Çempionla bürünc medalçını yenə məğlub edərək, bu dəfə darmadağına imza atıb. "Qarabağ"ın yeni transferi olan kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinanın da qol vuranlar sırasında olması diqqət çəkib. 

 

Xatırladaq ki, bu, "Qarabağ"la "Keşlə"nin Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı. "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hsabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib. 

 

 

Yoxlama matçı

5 avqust

19:00. "Qarabağ" - "Keşlə" - 4:0 

QOLLAR: Abdullah Zubir, 30, Kevin Medina, 70, Mahir Emreli, 76, Ovusu Kvabena, 89.

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB