TOP 10

Fransa klubunda daha dörd nəfərdə koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-08-05 14:39

Fransanın “Strasburq” klubunda koronavirusa 4 yeni yoluxma aşkar edilib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı bildirib.


Qeyd edilir ki, iyulun 29-da komandanın 5 üzvünün COVID-19 testinin nəticəsinin müsbət olmasından sonra yeni analizlərin verilməsi barədə qərar qəbul edilib.


Beləliklə, hazırda karantində doqquz nəfər var. Bununla əlaqədar olaraq "Strasburq" "Reyms"lə avqustun 8-ə planlaşdırılan yoldaşlıq matçını təxirə salmağa qərar verib.


Xatırladaq ki, "Strasburq" 27 turdan sonra 38 xal yığaraq Fransa çempionatının vaxtından əvvəl başa çatmış mövsümünün turnir cədvəlində 11-ci yeri tutub.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB