TOP 10

UEFA avrokuboklarla bağlı yeni qərarlarını açıqladı

Dünya Futbolu
Tarix: 2020-08-05 14:08

UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarından sonra futbolçuların sarı vərəqələrini ləğv edəcək. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumu məlumat yayıb.

 

Belə ki, 2020/21 mövsümündə də təsnifat mərhələlərindəki sarı vərəqələr qrup mərhələsinə, qrup mərhələsindəki sarı vərəqələr isə pley-offa təsir etməyəcək.

 

Bundan əlavə, UEFA qarşılaşmanın keçiriləcəyi məkanda koronavirus təhlükəsinin ciddi olacağı təqdirdə, matçın başqa ölkədə keçirilməsinin problem olmayacağını açıqlayıb.

 

Komandalarda koronavirusa kütləvi yoluxma halı qeydə alınmasa, oyun təxirə salınmayacaq. Əsas komandada 13 futbolçu oyuna hazır olarsa, matç keçiriləcək. Bu say aşağı olacağı təqdirdə isə, UEFA görüşü təxirə salacaq. Hakimlərdən biri və ya bir neçəsi koronavirusa yoluxsa, onları matçın keçiriləcəyi ölkənin FIFA dərəcəli referisi əvəzləyə bilər.

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB