TOP 10

Avropa Liqasında 1/4 final mərhələsinin ilk 4 iştirakçısı bilindi

Futbol
Tarix: 2020-08-06 00:55

Koronavirus pandemiyası səbəbindən martda yarımçıq dayandırılan UEFA Avropa Liqası ötən axşam qaldığı yerdən start götürüb. Sport24.az xəbər verir ki, 1/8 final mərhələsində ilk oyun günündə 4 matç keçirilib. Belə ki, 4 cütlükdən 3-ü cavab matçlarına çıxıb

 

İlk oyunda Türkiyədə "Kopenhagen"i minimal hesabla məğlub etmiş "Başakşəhər" Danimarkada üstünlüyünü qoruya bilməyərək darmadağın olub. Donetsk "Şaxtyor"u da Almaniyada məğlub etdiyi "Volfsburq"a evdə 3:0 hesabıyla qalib gəlib. Halbuki, Kiyevdəki bu görüşdə 89-cu dəqiqədə hesab açılmamışdı. 

 

Gecənin digər matçında "Mançester Yunayted" İngiltərədə Avstriya təmsilçisi LASK-ı qəbul edib. Səfərdə rəqibin qapısından 5 cavabsız top keçirmiş "qırmızı şeytanlar" 1/4 finala vəsiqənin sahibi ilə bağlı şübhə yeri qoymayaraq evdə əzmkar qələbəyə sevinib. 

 

1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) matçı isə neytral meydanda olub. Belə ki, adıçəkilən komandalar arasındakı ilk oyun baş tutmadığından, qalib Almaniyada 1 görüşlə müəyyənləşib. Favorit sayılan milanlılar hər hissədə 1 qol vuraraq qalib olub. "Xetafe" hesabda 0:1 geridə olarkən penaltini qaçırması matçın qırılma nöqtəsi olub. 

 

Qeyd edək ki, bu mərhələnin digər 4 oyunu avqustun 5-də olacaq.

 

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

5 avqust

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) - 3:0 

QOLLAR: Yonas Vind, 4, 53-pen, Rasmus Falk, 62

İlk oyun - 0:1

 

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) - 3:0 

QOLLAR: Junior Moraeş, 89, 90+3, Manor Solomon, 90

İlk oyun - 2:1

 

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) - 2:1 

QOLLAR: Cess Linqard, 57, Antoni Martial, 88 - Filipp Vizinger, 55


İlk oyun - 5:0

 

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) - 2:0

QOL: Romelu Lukaku, 33, Kristian Eriksen, 83

İlk oyun keçirilməyib.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB