TOP 10

Qəbələdən 2-ci yolçu - yüzdəyüz nəticəylə

Futbol
Tarix: 2020-08-05 09:34

Premyer Liqa klublarımızdan daha biri Qəbələ hazırlığını başa vuraraq oranı tərk edib. Sport24.az xəbər verir ki, bu, "Səbail"dən sonra "Sabah" olub.

 

Visente Qomesin komandası da "dənizçilər" kimi dünən paytaxta üz tutub. Sadəcə, "Səbail" səhər səfərə çıxıbsa, həməhəlirləri axşam "Neftçi" ilə yoxlama oyunundan sonra bunu edib.

 

"Sabah" ikigünlük istirahətdən sonra avqustun 7-də bir araya gələcək. Ancaq məkanın harda olacağı hələ dəqiqləşməyib. Klublarımıza Baıda məşq etməyə icazə verilərsə, Visebte Qomes bu dəfə komandasına paytaxda hazırlıq keçəcək, sınaq matçlarında iş başında görəcək. Paytaxtda məşq etməyə qadağa olacağı təqdirdə hazırlığın növbəti mərhələsini harda keçirmək müəyyənləşəcək ki, belə olan halda yenidən Qəbələdə üz tutmaq variantı ən real görünür.

 

Xatırladaq ki, "Sabah" ispaniyalı yeni baş məşqçisinin rəhbərliyi altnda Qəbələdə keçirdiyi hər 3 yoxlama matçında qalib gəlib - "Qarabağ"a 2:1, "Sumqayıt"a 1:0, "Neftçi"yə 5:2. Bu yüzdəyüz nəticə orda təlim-məşq toplanışında Premyer Liqa təmsilçilərimiz arasında yeganədi. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB