TOP 10

Super Liqa klubunda ispan futbolçu

Dünya Futbolu
Tarix: 2020-08-05 23:00

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi ispan yarımmüdafiəçi Xorxe Feliksi transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.


Feliksin son klubu Polşa təmsilçisi “Pyast” olub. O, geridə qalan mövsümdə bu komandanın heyətində 33 oyuna çıxıb, 16 qola imza atıb, 4 qol ötürməsi ilə yadda qalıb və ilin futbolçusu seçilib.


Madrid “Atletiko”sunun yetirməsi olan Xorxe Feliks karyerası ərzində “Kolonya Moskardo”, “Xetafe”, “Alkorkon”, “Trival Valderas”, “Rayo Maxadahonda” və “Lyeyda Esportyu” kimi klublarda da forma geyinib.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB