TOP 10

Qurbanov “Samtrediya”ya iki həftə kömək edə bilməyəcək

Dünya Futbolu
Tarix: 2020-08-04 19:24

Futbol üzrə Gürcüstan çempionatının 8-ci turu çərçivəsində Batumi “Dinamo”su ilə oyunun əvvəlində zədələnən azərbaycanlı yarımmüdafiəçi Nicat Qurbanovun durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, həmin görüşün 10-cu dəqiqəsində ağır zədə alaraq meydanı erkən tərk etməli olan futbolçu bu gün ətraflı müayinədən keçib.
 

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçuda əzələ problemi var. Bu üzdən o, azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Gürcüstan klubu Qurbanova tezliklə sağalaraq meydana dönməyi arzulayıb.


Qeyd edək ki, 8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu oyunlarda 3 qola imza atıb.

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB