TOP 10

"Qəbələ" daha bir legionerini qaytardı - bu dəfə bombardiri

Futbol
Tarix: 2020-08-04 19:00

"Qəbələ" müqaviləsi başa çatan daha bir legionerini geri qaytara bilib. Sport24.az xəbər verir ki, bu, fransalı hücumçu Nikolas Rayseldi.

 

27 yaşlı futbolçu ölkəmizə qayıdaraq artıq "qırmızı-qaralar"ın hazırlığında yer alıb. Niklasla yeni 1 illik anlaşma əldə olunub. 

 

Əyalət təmsilçisinin Raysel kimi keçən mövsümün qış fasiləsində cəlb etdiyi həmyerlisi, mərkəz yarımmüdafiəçisi Abdulrafek Jerarla da danışıqlarının müsbət yekunlaşacağı gözlənilir. Ancaq hələ martda Vətəninə yollanan ispaniyalı oyun qurucusu Fernan Lopezlə maddi məsələlərlə hələ ki razılıq əldə olunmadığından, dönüşü real görünmür. 

 

Xatırladaq ki, "Qəbələ" bunadək müqaviləsi bitən legionerlərindən gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili hücumçu Rodriqo Qattası yeni anlaşma əldə edərək heyətinə qaytarıb.  

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB