TOP 10

"Sabah" "Neftçi"yə böyük hesabla qalib gəldi

Futbol
Tarix: 2020-08-04 19:44

Premyer Liqa klublarımızın iştirakıyla Qəbələdə növbəti yoxlama matçı bu gün keçirilib. Sport24.az xəbər verir ki, Avropa Liqasında təmsilçimiz "Neftçi" "Sabah"la görüşüb. 

 

Qəbələ şəhər stadionundakı matç məhsuldar alınıb. Belə ki, qapılardan 7 top keçib. "Sabah"ın güclü rəqibə böyük hesabla qalib gəlməsi də gözləniıməz nəticəylə diqqət çəkib. 

 

Qeyd edək ki, adıçəkilən komandalar başa çatdırdıqları Qəbələ hazırlığında bunadək sınaq oyunlarında eyni rəqiblərlə üzləşmişdi. Belə ki, "Neftçi" "Sumqayıt"a böyük hesabla qalib gəlib (3:0), "Qarabağ"a minimal hesabla uduzubsa, "Sabah" "gənclik şəhəri" təmsilçisini minimal, çempionu 2:1 hesabıyla məğlub edib. 

 

 

Yoxlama matçı

4 avqust

18:00. "Neftçi" - "Sabah" - 2:5

QOLLAR: Stiven Monroz, 3, İbrahim Əliyev, 82 - Təmkin Xəlilzadə, 2, Ramil Şeydayev, 44, Abdulla Haybullayev, 64, Camal Cəfərov, 70, Kevin Kubemba, 84

Qəbələ. Şəhər stadionu

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB